Hadisə

Sabunçuda xüsusi əməliyyat zamanı 27 nəfər narkotik maddə alverçisi saxlanılıb

Noyabr ayı ərzində Sabunçu rayonu ərazisində yerli polis əməkdaşları tərəfindən 27 nəfər narkotik maddə alverçisi saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Narkodilerlər Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrdə saxlanılıblar.

Məhkəmə qərarları ilə 22 nəfərin barəsində həbs və ya digər qətimkan tədbirləri seçilib.

Beş nəfər inzibati qaydada cərimələnib.

Bənzər yazılar

Back to top button