Hadisə

Əmanətlərin Sığortalanması Fondunun yeni direktoru jurnalistin oğludur

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin mayın 14-də imzaladığı sərəncamla Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun (ADİF) İcraçı direktoru təyin edilib.

AzToday.az Modern.az-a istinadən xəbər verir ki, Tural Piriyev tanınmış jurnalist, “Xalq qəzeti” Redaksiya Heyətinin üzvü, baş redaktorun müavini, “Əməkdar mədəniyyət işçisi” Qüdrət Piriyevin oğludur.

Qüdrət Piriyev 1988-ci ilin aprel ayından indiyədək “Xalq qəzeti”ndə (o vaxt “Kommunist” adlanırdı) müxbir, baş müxbir, şöbə və redaksiya müdiri vəzifələrində işləyib. 2014-cü ildən baş redaktorun müavinidir.

ADİF-in yeni İcraçı direktoru Tural Piriyev isə bu təyinatadək “PAŞA Holdinq” MMC-nin Türkiyə üzrə nümayəndəliyinin rəhbəri olub. O, 2016-cı ildən indiyə kimi həmin vəzifədə işləyib.

Daha əvvəl isə T.Piriyev “Kapital Bank” ASC-də Hüquq Departamentinin direktoru kimi də çalışıb.

Bənzər yazılar

Back to top button