Siyasət

Azərbaycan 3 erməni hərbçinin cəsədini Ermənistana təhvil verdi

Azərbaycan noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat zamanı məhv edilən erməni hərbçilərdən üçünün cəsədini qarşı tərəfə verib.

Bunu trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, cəsədlər bu gün axşam saatlarında Ermənistan tərəfə verilib. Onlar Azərbaycan-Ermənistan sərhədində təhvil alınıb.

Bənzər yazılar

Back to top button