İqtisadiyyatManşet

Kreml ilk iqtisadi zərbələri alır – Rusiyaya qarşı misli görülməmiş sanksiyalar hazırlanıb

Ukraynaya hucum edən Rusiya indeksləri 40-45 faizə qədər düşüb. Moskva birjasının indeksi 40,7 faiz, RTS indeksi 45,8 faiz enib. Rublun sabitləşməsi üçün Rusiya Mərkəzi Bank valyuta bazarına müdaxilə etmək məcburiyyətində qalsa da hələ də 1 dolları almaq üçün 84,25 rubl ödənilməlidir. Valyuta müdaxiləsi üçün Rusiya Mərkəzi Bankının ehtiyatları yetərlidir.

AzToday.az xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu məlumat verib. Onun sözlərinə görə, sanksiyalar Rusiya iqtisadiyyatına daha pis təsir göstərəcək:

“Ukraynada qiymətli kağızlar bazarında tədavül dayandırılıb. Ukrayna bankları 1 nəfər üçün 3500 dollardan artıq vəsaiti nağdlaşdırmaya məhdudiyyət qoyub.

Avropa bazarında 1000 kub metr qazın qiyməti 1400 dollaradək bahalaşıb. Dünya bazarında 1 barrel Brent neftinin qiyməti 7 faizdən çox artaraq 104.03 ABŞ dolları, WTI markalı Texas neftinin qiyməti 98,58 ABŞ dolları təşkil edib.
Rusiya qarşı iqtisadi və maliyyə savaşına start verilib. Almaniya Rusiyadan qazla yanaşı kömür alınmasını da dayandırıb. Rusiyaya qarşı misli görülməmiş sanksiyalar hazırlanıb. Rusiyanın Avropada olan bütün aktivləri dondurulur, bank əməliyyatları dayandırılır, enerji sektoruna və mədən sənayesinə sanskiyalar tətbiq edilir. Rusiyaya yarımkeçiricilərin satışı qadağan olunur. Rusiya biznes və siyasi elitasının tanınmış nümayəndələrinə ünvanlı sanksiyalar tətbiq olunur. Sanksiyalara ABŞ, Avropa, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya və Avstraliya da qoşulur”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button