Siyasət

Azərbaycan həlak olmuş üç hərbiçinin meyitini Ermənistana təhvil verib

Azərbaycan hakimiyyəti Rusiya tərəfin vasitəçiliyi ilə noyabrın 16-da iki ölkə sərhədində döyüşlər zamanı həlak olmuş üç hərbi qulluqçunun meyitini Ermənistan tərəfə təhvil verib.

Ermənistan KİV-lərinin yaydığı məlumata görə, meyitlər noyabrın 19-da Şuşa şəhəri yaxınlığında təhvil verilib və elə həmin gün Yerevana aparılıb.

Ermənistan hakimiyyəti əvvəlcə noyabrın 16-da sərhəddə döyüşlər zamanı 1 nəfərin həlak olduğunu, 13 nəfərin əsir düşdüyünü və 24 hərbiçinin itkin düşdüyünü bildirib. Dünən Ermənistan tərəfi 6 hərbiçisinin öldürüldüyünü etiraf edib.

Ermənistan Müdafiə Nazirliyi Rusiya tərəfin vasitəçiliyi və iştirakı ilə “hərbi əməliyyatlar zamanı əsir düşənlərin qaytarılması və itkin düşənlərin axtarışı üzrə” işin davam etdirildiyini bildirib.

Bənzər yazılar

Back to top button