Bizim seçimGündəmSiyasət

Etiraz edən deputatlığa namizədlər MSK qarşısında yallı gediblər (VİDEO)

Bir qrup deputatlığa namizəd seçkilərin saxtalaşdırılmasına və şikayətlərinə baxılmasının ləngidilməsinə etiraz əlaməti olaraq fevralın 19-da MSK binası qarşısında qeyri-adi etiraz aksiyası keçiriblər. Əl-ələ tutan namizədlər kollektiv milli rəqs – yallı ifa ediblər.

Bu, həm də dünən internetdə yallı gedən DİN-in çevik polis alayı qüvvələrinin əməkdaşlarının videokollajını yaydığına görə dizayner Rəsul Həsəni həbs edən polisə özünəməxsus cavab oldu. Polis əməkdaşları fevralın 16-da MSK-nın binası qarşısında deputatlığa namizədlərin etiraz aksiyası zamanı binanı mühasirəyə almışdılar və namizədləri, habelə jurnalistləri həbs edirdilər. (Turan)

Bənzər yazılar

Back to top button