GündəmManşetSiyasət

İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin prezidentilə görüşü

Dünya iqlim sammitində (COP28) iştirak etmək üçün Dubayda olan prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

Rəsmi məlumatda deyilir ki, söhbət zamanı Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Azərbaycanda Qaradağ Günəş Elektrik Stansiyasının yaradılmasında iştirakına toxunulub.

Tərəflər birgə investisiya fondunun yaradılmasının vacibliyini qeyd ediblər. Bu, iki ölkənin ticarət-iqtisadi münasibətlərinin inkişafına mühüm töhfə verəcək.

SOCAR ilə Əbu- Dabi Milli Neft Şirkəti -ADNOC arasında birgə layihələrdə əməkdaşlığın, həmçinin dəniz daşımaları, nəqliyyat və logistika sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidentini Azərbaycana səfərə dəvət edib.

Bənzər yazılar

Back to top button