GündəmİqtisadiyyatManşet

İlham Əliyev Cənubi Koreya şirkətlərini azad olunmuş ərazilərin bərpasında iştirak etməyə dəvət edib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 22-də Cənubi Koreya prezidenti yanında İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edib.

Əliyev ölkələrimiz arasında yüksək səviyyədə siyasi əlaqələrin bütün digər sahələrdə də əməkdaşlıq üçün müsbət təsirini göstərəcəyindən əminliyini bildirib.

Koreya şirkətləri ölkəmizdə müxtəlif sahələrdə, böyük sənaye infrastrukturu layihələrinin icrasında uğurla fəaliyyət göstərir.

Əliyevin sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreya Respublikasında təqdimat keçiriləcək. Bunun məqsədi Koreya şirkətlərinin azad olunmuş torpaqlarda işlərə cəlb edilməsindən ibarətdir.

Çong Soo Park öz növbəsində prezidentə bildirib ki, Koreyanın yeni şimal siyasəti 14 ölkəni əhatə edir və bu ölkələr sırasında Azərbaycan ən qərbdə yerləşən ölkədir. Koreya ilə Azərbaycan arasında bir çox oxşar cəhətlərin, o cümlədən geosiyasi mövqe cəhətdən oxşarlıqların olduğunu vurğulayan Çong Soo Park Koreyanın qitə və okeanları birləşdirən strateji yerdə, öz növbəsində Azərbaycanın isə müxtəlif beynəlxalq istiqamətləri birləşdirən nəqliyyat mərkəzində yerləşdiyini və Xəzər dənizi ətrafında nəqliyyat mərkəzi olduğunu məmnunluqla bildirib.

Görüşdə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində rolu qeyd olunub, ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin iqtisadi zonalar arasında əməkdaşlıq imkanlarına toxunulub. Müxtəlif sahələrdə, o cümlədən bərpa olunan enerji, nəqliyyat, logistika və turizm sahələrində əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.(Turan)

Bənzər yazılar

Back to top button