Cəmiyyət

Sinoptiklər hava şəraitinin kəskin şəkildə dəyişəcəyi barədə xəbərdarlıq edirlər

Noyabrın 24-də günün ikinci yarısından etibarən 25-i günortaya qədər Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin saniyədə 15-20 metrə, arabir 23-25 metrə, bəzi yerlərdə 28 metrə qədər güclənəcəyi gözlənilir, havanın temperaturu əvvəlki günlərlə müqayisədə 5-7 dərəcə aşağı düşəcək. Bu barədə Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin bu gün yaydığı xəbərdarlıqda deyilir.

Ölkənin rayonlarında noyabrın 25-dən 27-nə qədər yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlara qar yağacağı gözlənilir.

Noyabrın 24-də axşam saatlarından 25-nə qədər qərb küləyi saniyədə 15-20 metrə, bəzi yerlərdə 23-28 metrə qədər güclənəcək. Havanın temperaturu əvvəlki günlərlə müqayisədə 5-10 dərəcə aşağı düşəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Bənzər yazılar

Back to top button