İdman

Zinəddin Zidan PSJ-ni çalışdıracaq – İDDİA

Maurisio Poçettino “Mançester Yunayted”in baş məşqçi postunu tutacağı halda, Paris klubu Zinəddin Zidana tapşırılacaq.

Fanat.az xəbər verir ki, bu iddia ilə “Le Parisen” çıxış edib.

Mənbə rəhbərliyin Əlcəzair əsilli fransalı ilə əlaqə saxladığını və mütəxəssisin razılığını aldığını vurğulayıb.

Zidanın sözügedən Fransa təmsilçisinin baş məşqçi postuna gətirilməsinin həm də Kilian Mbappenin komandada qalmasına hesablandığı qabardılıb. DÇ-2022-nin əsas simalarından olacaq çalışdırıcıya Mbappenin xüsusi simpatiyasını önə çəkən “Le Parisen” Poçettinonun idman direktoru Leonardo ilə yola getmədiyini və bu üzdən Mançester təmsilçisinə keçməyə can atdığını bildirib.

Bənzər yazılar

Back to top button