Hakopyan: “Əvvəl İran buna çox kəskin reaksiya verdi, qoşun topladı, sonra isə…”

by Aztoday Xəbər Portalı

“Qafan-Cakaten yolunda Azərbaycan nəzarət-buraxılış məntəqəsi quraşdırıldıqdan sonra Zəngəzurdakı soydaşlarımızın problemləri daha da dərinləşib”.

Qaynarinfo xəbər verir ki, bu sözləri “Hayastan” fraksiyasının üzvü, “Dirçələn Ermənistan” partiyasının lideri Vahe Hakopyan jurnalistlərə bildirib.

O qeyd edib ki, Gorus-Qafan M2 hissəsini itirən Ermənistan Qafan-Cakaten yolunu da itirib. V. Hakopyanın sözlərinə görə, indi 4 kəndin 600 sakini Qafana getmək üçün uzunluğu 150 km olan Kacaran, Meğridən dövrə vurub getməlidir.

“Yol səhv layihə ilə çəkilib, kifayət qədər ensizdir, onsuz da keçmək çox çətindir, çünki indi bütün maşınların axını həmin yoldandır”, – Tatevdən Qafana gedən alternativ yoldan danışan müxalifətçi deputat bildirib. Vahe Hakopyanın sözlərinə görə, qar yağanda yol buz bağlayacaq, keçilməz olacaq, vətəndaşlar Qafan, Kacaran və Meğridə blokadaya düşəcək.

“Monitorinqin nəticələrinə görə, Azərbaycanda Kəlbəcər tərəfindən intensiv yol tikintisi aparılır, belə bir fikir var ki, bu, Kəlbəcərdən Naxçıvanı birləşdirən yol və ya dəhliz olacaq.

Keçən həftə Zəngəzurda idim, o yola da baxmağa getmişdim.

2020-ci ilin noyabrın 9-da xəyanətkar sənəd imzalandıqdan sonra, həmin dövrdən razılaşmanı həyata keçirməyə çalışıblar, o vaxt Zəngilan-Ordubad yolu müzakirə olunurdu, buna İran hakimiyyəti çox kəskin reaksiya verib, həmin əraziyə qoşun toplayıb, təhdidlər edilib.

Sonra fars ordusu getdi. Bu o deməkdir ki, fars müəyyən zəmanətlər alıb. Kim tərəfindən və necə, bunu deyə bilmərəm.

Bundan sonra Angeğakot-Şağat yolu (Şağat, Ermənistanın Sünik vilayətinin Sisian Bələdiyyəsinə aid bir kənddir. – Red.) çox intensiv sürətlə çəkilir. Növbəti hissə Naxçıvanın sərhədidir, azərbaycanlılar isə artıq öz tərəflərində gömrük terminalını tikib bitiriblər”, – Hakopyan deyib.

Bənzər Yazılar