Dünya
Rusiyada ticarət mərkəzində yanğın: 800 nəfər təxliyə olundu
Rusiyanın Yaroslavl şəhərində ticarət mərkəzində yanğınla əlaqədar 800 nəfər təxliyə olunub.
AzToday.az Trend-ə istinadən bildirir ki, “Vernisaj” ticarət mərkəzində dükanların birində naqillər alışıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar. Yanğının qarşısı qısa müddətdə alınıb.
Qeyd olunur ki, “Vernisaj” Yaroslavlın ən böyük ticarət mərkəzlərindən biridir.