İdman

“İstəyirik ki, Messi və Ronaldo yenidən eyni liqada birlikdə oynasınlar”

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının baş katibi İbrahim Əlqasim Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messinin “Əl Hilal”a mümkün transferi ilə bağlı danışıb.

Qol.az xəbər verir ki, o, “Marca”ya açıqlamasında deyib: “Hələ ki, bu barədə heç nə bilmirəm. Hərçənd gizlətməyəcəyəm ki, biz Lioneli Səudiyyə Ərəbistanında görmək istərdik. Bizim ideyamız ölkədə futbolu inkişaf etdirməkdir. Buna görə də biz istəyirik ki, Messi və Ronaldo yenidən eyni liqada birlikdə oynasınlar”.

2022-ci ilin dekabrında u Kriştiano Ronaldo “Əl Nəsr”lə iki illik müqavilə imzalayıb.

Daha əvvəl Messinin atasının oğlunun transferi ilə bağlı Əl-Hilal ilə danışıqlar apardığı barədə xəbərlər yayılıb.

Qeyd edək ki, 35 yaşlı oyunçu 2021-ci ilin avqustundan PSJ-də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 21 oyuna çıxıb, 13 qol vurub və 14 qolun ötürməsini verib.
Messinin Paris təmsilçisi ilə hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Bənzər yazılar

Back to top button