İdman

Poçettino “Mançester Yunayted”i çalışdıracaq?

“Arsenal”ın və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Pol Merson hesab edir ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”ə transferi Ole-Qunnar Sulşerin istefasına gətirib çıxarıb.

Qol.az xəbər verir ki, o, bu haqda Britaniya mediasına müsahibəsində bildirib:

“Sulşerə görə təəssüflənirəm. Ötən mövsümün sonundan onun gələcək üçün dəqiq planları var idi. Yayda o, nəhayət, Sançonu transfer etdi. Bu zaman onun nə istədiyi aydın oldu. Bir tərəfdən Sanço, digər tərəfdən Reşford, Kavani və Qrinvud… Təcrübə, gənclik, sürət, driblinq və çoxlu enerji. Sonra tranfer bazarının son günündə onlar Kriştiano Ronaldonu aldılar. Bu isə Sulşerin bütün işini korladı. Hər şey çölə tullandı. Ronaldo ilə daha əks-hücumda oynamaq olmayacaq. Ona görə də “MY” daha əvvəl Sançonu almışdı.

Məni düz başa düşün. Ronaldo dünyanın ən güclü futbolçularından biridir. Amma o, Sulşerin göndərilməsinə səbəb olan katalizatordur. O, əfsanədir. Amma “MY” titul qazanmaq üçün komanda oyunu oynamalıdır. Onlara hansısa 20 qol vuran futbolçu lazım deyil”.

Xatırladaq ki, ötən həftə Sulşer uğursuz nəticələrə görə istefaya göndərilib.

Bənzər yazılar

Back to top button