Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq

Print Friendly, PDF & Email

Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının yaydığı bildirişdə qeyd olunub.

Qurumdan Nazirlər Kabinetinə fövqəladə vəziyyət rejiminin yenidən uzadılması tövsiyə edilib.

Bununla da Türkiyədə fövqəladə vəziyyət rejimi 7-ci dəfə uzadılacaq.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən sonra iyulun 21-dən tətbiq olunur.