Cəmiyyət

Azərbaycanda general-polkovniklərin sayı artdı – TAM SİYAHI

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamına əsasən Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevə general-polkovnik hərbi rütbəsi verilib.

AzToday.az xəbər verir ki, Prezidentin Sərəncamından sonra Azərbaycan tarixində general-polkovnik rütbəsi daşıyan şəxslərin sayı 24-ə yüksəlib.

Məlumat üçün bildirək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən Azərbaycanda ən yüksək hərbi rütbə general-polkovnik və ordu generalı rütbələridir.

Qeyd edək ki, indiyə kimi Azərbaycan ordusunda ordu generalı rütbəsi daşıyan heç kim olmayıb. Yalnız prokurorluq və ədliyyə orqanlarında tətbiq olunan həqiqi dövlət ədliyyə müşaviri rütbəsi ordu generalı rütbəsinə bərabər tutulur ki, bu rütbə də indiyə kimi 2 şəxsə – sabiq baş prokurorlar İxtiyar Şirinova və Əli Ömərova verilib. Bunlardan başqa heç kim ordu generalı rütbəsinı sahib olmayıb. Prokurorluq və ədliyyə orqanlarında tətbiq olunan 1-ci dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi isə general-polkovnik rütbəsinə bərabər tutulur.

Yeniavaz.com bugünə kimi Azərbaycanda general-polkovnik hərbi rütbəsi daşımış şəxslərin siyahısını təqdim edir:

– Müdafiə naziri general-polkovnik Zakir Həsənov

– Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev

– Keçmiş Daxili İşlər naziri Prezident yanında Təhlukəsizlik Şurasının katib general-polkovnik Ramil Usubov

– Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov

– Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev

– Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev

– Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundov

– Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev

– Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubov

– Azərbaycanın sabiq milli təhlükəsizlik naziri, general-polkovnik Namiq Abbasov

– Azərbaycanın eks-müdafiə naziri general-polkovnik Səfər Əbiyev

– Sabiq milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov

– Dövlət Gömrük Komitəsinin keçmiş sədri general-polkovnik Aydın Əliyev

– Sabiq Baş prokuror, general-polkovnik (I dərəcəli dövlət ədliyyə müşaviri) Zakir Qaralov

– Ədliyyə naziri, general-polkovnik (I dərəcəli dövlət ədliyyə müşaviri) Fikrət Məmmədov

– Sabiq Vergilər naziri general-polkovnik (I dərəcəli dövlət vergi xidməti müşaviri) Fazil Məmmədov

– Müdafiə Sənayesi naziri general-polkovnik Mədət Quliyev

– Daxili İşlər naziri ​​​​​​​general-polkovnik Vilayət Eyvazov

– Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Səfər Mehdiyev

– Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev

– Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi ​​​​​​​general-polkovnik Arzu Rəhimov

– Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov

– Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi general-polkobnik Nəcməddin Sadıqov

– Azərbaycanda genereal-polkovnik rütbəsi daşıyan daha bir şəxs isə SSRİ Silahlı Qüvvələrində general-polkovnik
rütbəsi alan ilk azərbaycanlı Tofiq Ağahüseynov hesab olunur. 1923-cü ildə anadan olan Tofiq Ağahüseynov 2-ci dünya müharibəsinin iştirakçısı olub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button