GündəmİqtisadiyyatManşet

Sahil Babayevin nazirliyi korrupsiyaya yol verərək rüşvətxorluğa qarşı 30 min manatlıq məsləhət alacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “rüşvətxorluğa qarşı mübarizənin idarəetmə sistemləri beynəlxalq standartının tətbiqi ilə əlaqədar, məsləhət xidmətlərinə dair elan etdiyi açıq tenderin qalibi məlum olub.

AzToday.az xəbər verir ki, 30 min manat dəyərində olan tenderi “Ekvita Consulting” MMC şirkəti udub.

Qeyd edək ki, bundan əvvəl də başqa bir tenderlə əlaqəli eyni şirkətə DSMF tərəfindən 52,5 min manat, ƏƏSMN tərkibindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən isə 920 min manat ödənilmişdi.

Jurnalist Həbib Müntəzir şirkətlə bağlı ilginc məlumatlar verib. Onun sözlərinə görə, “Ekvita Consulting” MMC-nin direktoru İlqar Mehti adlı şəxsdir: “O Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimovla yeznə-qayındır. Rüşvətxorluqla mübarizə aparmaq üçün məsləhət alırlar, amma korrupsiyaya yol verərək”.

Anar Kərimov, nazir müavini

İqtisadçı Natiq Cəfərli isə nazir müavinin qohumuna məxsus şirkətin udduğu tenderlə bağlı nazir Sahil Babayevə pulsuz məsləhət verib. Ekspert nazirə müraciət edərək bildirib ki, korrupsiya ilə mübarizə üçün ayırdığı 30 min manatı ehtiyacı olan 30 ailəyə yardım kimi paylasın:

“Sizə rüşvətxorluqla mübarizənin əsas sirrini pulsuz-parasız deyəcəm, hazırsınız?! Diqqətlə dinləyin, ətrafınıza da deyin: Rüşvətxorluqla mübarizənin əsas yolu odur ki, nə özünüz, nə də ətrafınız bu işlə məşğul olmursunuz – vəssalam! Məsələ həll olundu, indi müqaviləni ləğv edin, 30 mini ehtiyacı olanlara paylayın…”

Bənzər yazılar

Back to top button