Koronavirusun yeni ştamı aşkarlandı

by Aztoday Xəbər Portalı

Koronavirusun digərlərindən daha ağır ola biləcək daha bir ştamı aşkarlanıb. Bu barədə “Daily Mail” məlumat yayıb. Qeyd olunur ki, yeni ştam artıq Cənubi Afrika Respublikası, Botsvana və Honq-Konqda qeydə alınıb. B.1.1.529 adlı yeni COVID-19 ştamı ilə on yoluxma müəyyən edilib.

Ştamın tərkibində 32 mutasiya var ki, onlardan bəziləri yüksək ötürülmə qabiliyyəti və vaksinlərə qarşı müqaviməti ilə seçilir.

Mutasiyalar zəif immun sistemi olan, o cümlədən HİV və ya QİÇS xəstələrini daha tez yoluxdurur. (Report)

Bənzər Yazılar