İdman

“Kimsə polisə deməlidir ki, futbol başqadır, siyasət başqa” – Azarkeşlər şöbəyə çağırılıb…

“Dünən bir neçə “Qarabağ” azarkeşini polisə çağırıblar. Səbəb “AFFA istefa”, “Elxan istefa” şüarlarıdı. Fanatlar şüarlarının heç bir siyasi məqsəd daşımadığını və yalnız futbolla bağlı bu addımı atdıqlarını bildirsələr də, fikir dəyişməyib. Polis “bir daha bunu etməyin” tapşırığını verib, tribunalarda hətta fişəng yandırmağı belə qadağan edib və belə hal təkrarlanacağı halda, hamısının həbs olunacağını bildiriblər”.

AzToday.az xəbər verir ki, bu sözləri idman jurnalisti Kənan Məstəliyev özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, azarkeşlər göstərilən nəticəyə görə həm məşqçiləri, həm də rəhbər şəxsləri tənqid edə, istefaya səsləyə bilərlər:

“Mən polisin narahatlığını başa düşürəm, amma onlara kimsə deməlidi ki, futbol başqadı, siyasət başqa. Kimsə azarkeşlərdən istifadə edib nəsə araqarışdıranlıq etmək istəsəydi, bunu polisdən əvvəl digər müvafiq orqanlar bilər, tədbir görərdilər. Futbol başqadı, cənablar. Burda məşqçini də, rəhbəri də səlahiyyətlərini təhvil verməyə çağıra bilərlər, hətta bəzən bu vacib olur, çox şeyi dəyişdirir. “Baraban çalmayın, səsi başıma düşür”, “Maykanı çıxartmayın, camaatın anası-bacısı var” və başqa bu tipli özünəməxsus “irad”ları da qoyun kənara, lütfən. Vallah, bu uşaqların istədikləri futboldu, başqa heç nə. Bu qədər sıxmağa ehtiyac yoxdu. Onsuz da 3-5 nəfər qalıblar, onları da tribunadan didərgin salmayaq”.

Bənzər yazılar

Back to top button