İdman

Xavi: “Biz hələ də çempionluq yarışındayıq”

“Barselona”nnın baş məşqçisi Xavi La Liqanın 27-ci turunda “Atletik” ilə heç-heçə etməkləri (0:0) barədə daışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis komandasının hələ də çempionluq uğrunda mübarizə apardığını və ümidini itirmədiyini söyləyib:

“Oyun bizim üçün çox çətin oldu. Deyəsən, belə duellərdə qalib gəlməyin, pressinqdən qaçmağın nə qədər vacib olduğunu başa düşmədik. Nə yaxşı oynadıq, nə də meydanda özümüzü rahat hiss etdik. İlk 15-20 dəqiqədə yaxşı idik. Amma sonra yox. Özümüzə tənqidi yanaşmalı və titul uğrunda mübarizə aparmaq istəyiriksə, daha çox inkişaf etməliyik.

Bu, əldən verilmiş fürsət idi. Özümü məyus hiss edirəm. Amma həmişə belə oyunlar olacaq. Yeganə müsbət cəhət müdafiədə necə yaxşı oynamağımızdır. Biz hələ də çempionluq yarışındayıq. Qarşıda 11 matç var. Təbii ki, mübarizəni davam etdirmək lazımdır”.

Qeyd edək ki, “Barselona” hazırda turnir cədvəlində 58 xalla 3-cüdür. Komanda lider “Real”dan 8 xal geri qalır.

Bənzər yazılar

Back to top button