İdman

Əfsanəvi futbolçudan sərt tənqid: “Messiyə ayıb deyil?”

Hollandiya millisinin sabiq futbolçusu Rafael van der Vart PSJ-nin hücumçusu Lionel Messini tənqid edib.

Fanat.az xəbər verir ki, 38 yaşlı mütəxəssis bu barədə “Mundo Deportivo” nəşrinə danışıb:

“Messinin oyunu məni kədərləndirir. Bu, iradə məsələsidir; ya istəyirsən, ya da istəmirsən. Messi tələb olunan futbolçudur. Qol vurmasa və ya məhsuldar ötürmə etməsə, demək ki, pis matç keçirib. Neymar və Kilian Mbappe PSJ-yə daha çox fayda verir.

Məsələn, Kriştianu Ronaldu Messidən fərqli olaraq mübarizə aparır və komandanı növbəti mərhələyə çıxarmaq istəyir. Messi vaxtaşırı meydançada gəzir. Düşünürsən ki, görəsən ona ayıb deyil? Messiyə görə üzülürəm. Ayıbdır. Belə bir futbolçu bir daha dünyaya gəlməyəcək. Hər şey Ronald Kumandan başladı. Messi onunla işləməkdən imtina etdi. Onun kimi bir oyunçu üçün düzgün deyil”.

Xatırladaq ki, Rafael van der Vart “Real Madrid”in heyətində Kriştianu Ronaldu ilə bir mövsüm keçirib.

Bənzər yazılar

Back to top button