Cəmiyyət

Prezidentlərin zarafatı Cahangir Əsgərovu dəyişdirdi – Artıq bığ saxlayır – FOTO

Yəqin ki, bir müddət əvvəl Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovla zarafatyana dialoqu hər kəsin xatirindədir.

Söhbət zamanı Ərdoğan C.Əsgərovu göstərərək “Bunun bığı vardı, indi yoxdur”, -deyir. İlham Əliyev isə cavabında “tökülüb”, -deyə bildirir. C.Əsgərov “yaşlandıq, töküldü… Zəngilanda olacaq”, -deyib zarafatyana dialoqa əlavə edir.

Artıq AZAL rəhbərinin verdiyi sözə əməl edərək bığ saxladığı məlum olub. Bakupost.az -ın məlumatına görə, bununla bağlı görüntülər qurumun bu gün keçirilən iclasında çəkilmiş fotolarda əks olunub.

Belə ki, fotoda C.Əsgərovun simasında dəyişiklik olduğu və bığ saxladığı görünür.

Bənzər yazılar

Back to top button