Dünya

Ankarada ayı 60 yaşlı qadını parçaladı

Türkiyənin paytaxtı Ankarada 60 yaşlı qadın ayı hücumuna məruz qalıb.

“CNN Türk” xəbər verir ki, hadisə şəhərin Bəypazarı bölgəsində baş verib. Belə ki, beş uşaq anası Kamile Çevik sabah saatlarında iribuynuzlu heyvanlarını otarmaq üçün Kozalan məhəlləsinin qəbirstanlıq bölgəsinə gedib.

Burada o, ayı hücumuna məruz qalıb və həyatını itirib.

Ətrafdakı digər çobanların çağırdığı jandarm və sağlıq qrupu hadisə yerinə gələrkən artıq qadın keçinmiş olub.(virtualaz.org)

Bənzər yazılar

Back to top button