İqtisadiyyatManşet

İnam Kərimovun Türkiyədə dabaq vaksini “əməliyatı” – TƏFƏRRÜAT

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə heç bir münasibəti olmayan müəmmalı “şirkət” arasında müqavilə imzalanıb.

Tia.az-ın verdiyi xəbərə görə, ən çox vəsait tələb olunan dabaq xəstəliyinə qarşı vaksinlərin əldə edilməsi məqsədilə Türkiyənin müvafiq nazirliyindən köməklik istənilib. Və razılıq alınıb.

Lakin müqavilə birbaşa Aqrar Xidmətlər Agentliyi ilə Türkiyənin dövlətə məxsus “Şap Enstitusi” arasında bağlanılmayıb. Qeyd etdiyimiz kimi müəmmalı şirkətin “xidmətlərindən” istifadə olunub.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Beləliklə Şap Enstitusundan alınacaq 9-10 milyon doz dabaq vaksini Azərbaycana 2.5 – 3 dəfə baha qiymətə başa gəlib.

Şap Enstitusunun qiymətləri: 1 doz üçün təqribən 0.29 – 0.35 dollardır. Ortaya xeyli suallar çıxır: Niyə əlavə iddiaçılar cəlb etmək məqsədilə heç bir tədbir görülmədən tender ləğv edilib ?

Müəmmalı şirkət hansı meyarlar əsasında seçilib? Niyə dabaq vaksini üçün müqavilə Şap Enstitusu ilə birbaşa bağlanmayıb?

Vaksinlər dəqiq olaraq büdcəyə hansı qiymətə başa gəlib? Görəsən bu əməliyyat zamanı nazir İnam Kərimov və AXA rəhbərliyi nə qədər qazanıb?

Bənzər yazılar

Back to top button