Hadisə

Hüquq müdafiəçisi Əvəz Həsənov vəfat edib

Noyabrın 26-da günün ikinci yarısında hüquq müdafiəçisi və vətəndaş fəalı Əvəz Həsənov qəfildən vəfat edib. İlkin məlumatlara görə, onun ölümünə ürəktutma səbəb olub. Bu barədə Turan-a Həsənovun həmkarları məlumat verib.

O, uzun illər Qarabağ münaqişəsi zamanı əsir və girov düşənlərin məsələləri ilə, habelə insan hüquqları problemləri ilə məşğul olub. Onun “Humanitar Araşdırmalar Cəmiyyəti” QHT-si regionda insan hüquqları sahəsində vəziyyətin monitorinqi ilə məşğul olurdu.

Allah rəhmət eləsin.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button