Siyasət

Azərbaycanın siyasi partiyaları Qarabağda antiterror əməliyyatını dəstəkləyiblər

Azərbaycanın siyasi partiyaları Qarabağda bu gündən etibarən həyata keçirilən antiterror əməliyyatına dəstək bəyanatları dərc edirlər.

Müxalif Müsavat Partiyasının sədri Arif Hacılı Facebook statusunda Azərbaycanın ölkə ərazisində bütün mövcud vasitələrlə Konstitusiya nizam-intizamı yaratmağa tam hüququ olduğunu bildirib.

Elə həmin partiyanın keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər də bənzər bəyanatla çıxış edib.

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Azərbaycanın Qarabağ üzərində tam yurisdiksiyanı bərpa edəcəyindən əminliyini ifadə edib.

“Respublikaçı Alternativ” Partiyası da əməliyyatın məqsədlərini dəstəkləyib və beynəlxalq və yerli ictimaiyyətin diqqətinin əməliyyatın dinc əhaliyə deyil, qanunsuz hərbi birləşmələrə və onların infrastrukturuna qarşı həyata keçirildiyinə cəlb etmək üçün əlindən gələni edəcəyini bildirib. “Bu nöqteyi nəzərdən Müdafiə Nazirliyinin mülki əhalinin çıxışı üçün dəhlizlər yaradılması haqqında bəyanatını və bu istiqamətdə görülən işləri doğru addım kimi qiymətləndiririk”, deyə partiyanın bəyanatında bildirilir.

Başda hakim Yeni Azərbaycan Partiyası olmaqla, 23 hökumətyönlü partiya da antiterror əməliyyatında hakimiyyətə tam dəstək ifadə edib.

Bənzər yazılar

Back to top button