İdman

“Messi PSJ-də xoşbəxtdir”

PSJ-nin futbolçusu Anhel di Mariya komanda yoldaşı Lionel Messi haqqında danışıb.

Qol.az xəbər verir ki, o, 34 yaşlı hücumçunun Paris təmsilçisində xoşbəxt olduğunu deyib:

“O, bütün həyatı boyu Barselonada yaşayıb. Daim klub dəyişən biri üçün bu, problem olmayacaqdı. Lakin Messiyə PSJ-yə uyğunlaşmaq üçün vaxt lazım oldu. Yeni ev, uşaqlar üçün yeni məktəb – bütün bunlar onun üçün asan olmadı. İndi Messi tamamilə Parisə alışıb və özünü xoşbəxt hiss edir. O, burada öz evini tapdı və indi əvvəlki səviyyəsinə qayıda biləcək”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, Messi avqust ayında PSJ ilə 2+1 illik müqavilə imzalayıb.

Bənzər yazılar

Back to top button