İqtisadiyyat

Azərbaycan, İran və Türkmənistan qaz tədarükü haqqında müqavilə imzalayıb

Noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci sammiti çərçivəsində Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) üzrə üçtərəfli saziş imzalanıb.

İmzalanma hər üç ölkənin prezidentinin iştirakı ilə baş tutub.

Şana agentliyinin məlumatına görə, İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarük ediləcək. Çatdırılmalar dekabrın 22-də başlayacaq.

Azərbaycanın bu qazdan nə üçün istifadə edəcəyi barədə məlumat verilmir.

Rəsmi Bakı bu sövdələşmənin bağlanması və onun şərtləri barədə hələlik açıqlama verməyib.

Öz növbəsində İran mətbuatı müqavilənin Azərbaycan və İran prezidentləri arasında danışıqlar başa çatdıqdan sonra imzalandığını yazıb.(Turan)

Bənzər yazılar

Back to top button