Cəmiyyət

Bakıda məhkəmədə absurd dava: Toy kaseti boşananlardan hansında qalmalıdır?

Bakıda boşanma prosesi zamanı məhkəmə zalında qəribə hadisə baş verib.

Qaynarinfo xəbər verir ki, boşanan tərəflərdən biri toy kasetlərinin qarşı tərəfdə qalmaması ilə bağlı hakimə müraciət edib. Hakim isə kasetin qeyri-əmlak olduğunu bildirib.

Bu zaman tərəflər arasında qalmaqal yaşanıb. Qadın ərinə “mənim gəlin olduğum toyun kaseti səndə qala bilməz” deyərək, buna görə məhkəməyə müraciət edəcəyini bildirib.

Bəs ər-arvad boşanandan sonra toy kaseti kimdə qalır? Bunun qanuni yolu necədir?

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov da Qaynarinfo-ya açıqlamasında bildirib ki, toy kaseti qeyri-əmlakdır:

“Bu könüllüdür, kaseti kim istəsə, onda qala bilər. Bununla bağlı mübahisə etmək ağlabatan deyil. Əgər mübahisə varsa belə, iki nüsxə çıxardıb hərəsinə bir dənə verə bilərlər. Üzünü çıxardıb ikisi də saxlasın, tərəflərin heç birinin üstünlük hüququ yoxdur. Çünki bu, ortaq bir mərasimdir. Heç kimi öz toy kasetini saxlamaqdan kimsə məhrum edə bilməz. Hüquq buna yol vermir”.

Bənzər yazılar

Back to top button