Dünya

ABŞ İrana qarşı doqquzuncu sanksiyalar paketini tətbiq edir

Bazar ertəsi ABŞ və müttəfiqləri ölkədəki iğtişaşlar fonunda Tehran rəhbərlərinə təzyiq göstərmək üçün İrana qarşı yeni sanksiyalar tətbiq edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Biz insan hüquqlarını pozduğuna və bütün dünyanı təşvişə salmalı olan sabitliyi pozan fəaliyyətinə görə İran rəhbərliyinə qarşı mübarizədə müttəfiqlərimiz və tərəfdaşlarımızla birgə hərəkət edirik”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays mətbuat üçün brifinqdə bildirib.

Sonuncu sanksiyalar İslam İnqilabı Keşikçiləri Korpusuna və onun rəhbərliyinə yönəlib.

“Biz İran rejiminə dünyanın İran hakimiyyətinin öz xalqına qarşı törətdiyi zorakılığa cavab olaraq tədbirlər görməyə hazır olduğu haqqında açıq siqnal göndəririk”, deyə Prays bildirib. “İran insan hüquqlarını pozmağa davam edərsə biz daha çox təzyiq göstərəcəyik”, deyə o, əlavə edib.

Bu, ABŞ-ın İrana qarşı doqquzuncu sanksiyalar mərhələsidir və Vaşinqton onu təkcə insan hüquqlarının pozuntusuna görə deyil, həm də Rusiyaya dron tədarük etdiyinə, nüvə silahı istehsal etdiyinə və terrorçu qrupları dəstəklədiyinə görə məsuliyyətə cəlb etmək üçün bütün səlahiyyətlərindən istifadə edir, deyə Prays əlavə edib.

Bənzər yazılar

Back to top button