ManşetSiyasət

“Media haqqında” qanun jurnalistikanın vəziyyətini daha da pisləşdirəcək – ekspert

Parlamentin “Media haqqında” qanunu dəyişiklik etmədən qəbul etmək qərarı ökənin media ictimaiyyətini məyus edib. Müstəqil jurnalistlərin və media sahəsində ekspertlərin ortaq rəyi belədir.

“Milli Məclis qanunu media ictimaiyyətinin ciddi etirazına baxmayaraq, oduğu kimi qəbul etdi”, deyə media sahəsində hüquqşünas Ələsgər Məmmədli Turan agentliyinə bildirib.

“Edilən düzəlişlər prinsipial xarakter daşımır. Eyni zamanda, bizim təklif etdiyimiz 40-a yaxın düzəlişə məhəl qoyulmayıb. Bu, Azərbaycanda jurnalistikanın vəziyyətini daha da pisləşdirəcək”, deyə o bildirib.

Məmmədlinin fikrincə, jurnalistlər hüquqlarının pozulması ilə bağlı daha tez-tez məhkəmələrə müraciət etməli, daha sonra isə Avropa İnsan Hüquqları Məhkəməsində dəstək axtarmalı olacaqlar.

Bənzər yazılar

Back to top button