Cəmiyyət

Havanın kəskin pisləşməsi gözlənilir

Dekabrın 1-2-də havanın kəskin pisləşəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinin sinoptikləri bildiriblər.

Belə ki, həmin günlərdə Bakıda və Abşeronda şimal-qərb küləyinin gücü saniyədə 15-20 metrə, arabir 25 metrə çatacaq.

Axşama doğru yağış yağacaq, havanın temperaturu 5-6 dərəcə enəcək.

Həmin günlərdə ölkənin rayonlarında da yağış yağacaq (bəzi yerlərdə leysan olacaq, dağlarda qar yağacaq.

Qərb küləyinin gücü saniyədə 15-20 metr, bəzi yerlərdə isə 23-28 metr olacaq. Havanın temperaturu 5-8 dərəcə enəcək.

Bənzər yazılar

Back to top button