Hadisə

Neftçalada xüsusi karantin rejiminə əməl edilmir (FOTO)

Bütün dünyada 800 mindən artıq insanın yoluxduğu koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün dövlət tərəfindən ciddi tədbirlər görülür. Ölkədə xüsusi karantin rejimi tətbiq olunub, vətəndaşlara zərurət olmadığı tədqirdə küçəyə çıxmamaqla bağlı çağırışlar edilir. Həmçinin 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunub.

Lakin bəzi rayonlarda xüsusi karantin rejiminə əməl edilmir. Belə rayondardan biri də Neftçaladır.

Belə ki, rayonda kənd təsərüfatına dəstək üçün dövlət tərəfindən verilən subsidiya üçün bank kartları karantin günlərində də paylanılır.

Rayondan Qaynarinfo-ya göndərilən fotolardan da açıq-aşkar görünür ki, kartları almaq üçün bankın qarşısına onlarla insan toplanıb. Onların əksəriyyəti evdən çıxmasına qadağa qoyulmuş 65 yaşdan yuxarı şəxslərdir. Hətta yaşı 90-a yaxın olan vətəndaşların da bank qarşısında növbə gözlədiyi bildirilir.

Bənzər yazılar

Back to top button