İdman

Lionel Messi 7-ci dəfə “Qızıl top” mükafatını qazanıb

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.

“Report”un məlumatına görə, bu mükafata Fransanın PSJ klubunun hücumçusu Lionel Messi layiq görülüb.

Argentinalı forvard karyerası ərzində 7-ci dəfə sözügedən titula sahib çıxıb.

Almaniya “Bavariya”sının polşalı forvardı Robert Levandovski 2-ci, İngiltərənin “Çelsi” klubunun italiyalı yarımmüdafiəçisi Jorjinyo 3-cü yeri tutub. “Mançester Yunayted”də çıxış edən Kriştianu Ronaldu isə 6-cı olub.

Qeyd edək ki, Lionel Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə “Qızıl top” mükafatını qazanıb.

Bənzər yazılar

Back to top button