Siyasət

Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər” mövzusunda dinləmələr keçirilib

Sentyabrın 25-də Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmə keçirilib.

Dinləmələr zamanı Baş prokurorun müavini Elmar Camalov bildirib ki, 1987-1991-ci il tarixlərində baş vermiş kütləvi deportasiya zamanı ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsdən 30 nəfər şəxsin yaxın qohumları və hadisənin şahidləri dindirilib.

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli isə qeyd edib ki, sözügedən illərdə 200 nəfərdən çox azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən artıq şəxs bədən xəsarəti alıb, 300-ə yaxın şəxs yaşayış məntəqəsindən qovulub.

O, hadisələrin nəticəsində dəymiş zərərin həcmini də açıqlayıb. Ə.Ələkbərlinin sözlərinə görə, azərbaycanlı sakinlərə fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard dollar həcmində maddi ziyan vurulub.

Tədbirdə deputatlar, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquq-mühafizə orqanlarının təmsilçiləri və ekspertlər iştirak ediblər.

Dinləmələr zamanı Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri, Qərbi Azərbaycanda 1987-1991-ci illərdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərin hüquqi baxımdan qiymətləndirilməsi də müzakirə olunub.

Bənzər yazılar

Back to top button