İdman

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisinə yenə təklif

Bir vaxtlar “Xəzər Lənkəran”ı çalışdıran Mustafa Dənizlinin yeni iş yeri müəyyənləşmək üzrədi.

Fanat.Az xəbər verir ki, “Konyaspor” rəhbərliyi 68 yaşlı mütəxəssislə danışıqlara başlayıb. 9 turdan sonra aktivində 7 xalı olan Konya təmsilçisi turnir cədvəlinin “zirzəmisində” “Osmanlıspor”la qonşudu.

Dənizli özü Türkiyə mətbuatına açıqlamasında rəsmi təklif almadığını, danışıqlara başlamağa hazır olduğunu bildirib.

Bənzər yazılar

Back to top button