İdman

İki nəhəngin qarşıdurmasına bir superulduzun reaksiyası

Hazırda “Los-Anceles Qelaksi” klubunda çıxış edən Zlatan İbrahimoviç hesab edir ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Yunayted” – “Barselona” matçında Pol Poqba və Lionel Messi mühüm rol oynayacaqlar.

37 yaşlı isveçli 2009-2011-ci illərdə “Barselona”, 2016-2018-ci illərdə isə “Mançester Yunayted”in şərəfini qoruyub.

Qol.az xəbər verir ki, görüş ərəfəsində “Mundo Deportivo”yə danışan İbrahimoviç qeyd edib ki, bu, böyük tarixi olan iki nəhəng klubun qarşıdurması olacaq: “Hər iki komandanın heyəti fantastik futbolçulardan ibarətdir. Görək, kim daha güclü çıxacaq. Lionel Messi “Barselona”nın hər oyununda ən vacib rolu oynayır. Amma sirr deyil ki, Pol Poqba da “MY” üçün eyni səviyyəli futbolçudur. Mən futbolun kollektiv oyun olduğunu və belə görüşlərdə fərdi deyil, məhz komanda oyununun vacibliyini qəbul edirəm. Amma hesab edirəm ki, bu cütün taleyini məhz həmin iki oyunçudan biri həll edəcək”.

Xatırladaq ki, “MY” – “Barselona” matçı aprelin 10-u, Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.

Bənzər yazılar

Back to top button