Dünya

ABŞ-la Ukrayna Zelenski-Tramp danışıqlarını təşkil etmək istəyir

Ukrayna prezidentinin ofisi dövlət başçısı Volodimir Zelenski ilə ABŞ-ın 45-ci prezidenti Donald Tramp arasında danışıqlar təşkil etməyə çalışır.

Qaynarinfo xəbər verir ki, bu barədə strana.ua mənbələrə istinadən yazır.

İddia olunur ki, Ukrayna nümayəndə heyəti məhz buna görə ABŞ-a gedib.

Prezidentin ofisinə yaxın mənbələr nəşrə bildirib ki, hazırda Bankovaya ilə ABŞ arasında münasibətlərdə əsas məsələlərdən biri Vladimir Zelenski ilə Donald Tramp arasında danışıqların təşkilidir.

Tramp indi faktiki olaraq (respublikaçıların çoxluğu vasitəsilə) Ukraynaya vəsaitin ayrılmasına mane olan ABŞ Konqresinin Nümayəndələr Palatasına nəzarət edir.

“Bankovaya bunu başa düşür və buna görə də Trampla Zelenski arasında birbaşa danışıq təşkil etməyə çalışır”, deuə mənbə strana-ya bildirib.

Qeyd edək ki, noyabrın 12-də ABŞ-a səfər edən Ukrayna nümayəndə heyətinin tərkibinə baş nazirin müavini Yuliya Sviridenko və Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak daxildir. Yermak bildirib ki, səfər zamanı Ağ Evdə, Konqresdə, beyin mərkəzlərində, eləcə də ictimai təşkilatların nümayəndələri ilə görüşlər keçiriləcək. Kiyev rəsmi olaraq Zelenskinin Ukraynanın müdafiəsini gücləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün “sülh formulu”nu müzakirə etməyi planlaşdırır.

Tramp dəfələrlə bildirib ki, yenidən prezident olacağı təqdirdə Rusiya-Ukrayna münaqişəsinə 24 saat ərzində son qoya bilər. Zelenski noyabrın əvvəlində Ukraynada şəxsi görüş zamanı keçmiş Amerika liderinə bunun niyə edilə bilməyəcəyini izah etməyi təklif edib. Tramp Co Bayden administrasiyası ilə mümkün maraqların toqquşmasını əsas gətirərək səfərdən imtina edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button