Bizim seçimManşetSiyasət

Seçkidə cinayət xarakterli pozuntuya yol verənləri 7 il həbs gözləyir (ŞƏRH)

“Cinayət xarakterli seçki pozuntularına yol verən vəzifəli şəxsləri 7 ilə qədər həbs cəzası gözləyir”.

Bu barədə Qaynarinfo-ya Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticəsi ləğv edilən dairələr və pozuntulara yol verən məntəqələrlə bağlı tədbirlərin görüləcəyi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, pozuntularla bağlı faktlar təsdiqini taparsa, həmin şəxsləri 2 ildən 7 ilə kimi azadlıqdan mərhumetmə cəzası gözləyir:

“Qanunvericilikdə iki yanaşma var. Birincisi, əgər əməldə inzibati əməlin tərkibi varsa, onda cərimələr tətbiq oluna bilər. Cərimələrin miqdarı 8 min manata qədərdir. Həmin qaydalara görə, ya 8 min manata qədər cərimə tətbiq edilir, ya da 480 saata kimi ictimai işlər, 2 ilə kimi islah işləri tətdiq oluna bilər. Eyni zamanda 2 ilə qədər azadlıqdan mərhumetmə cəzasl ola bilər. İkincisi isə əməldə cinayət tərkibi varsa, həmin şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulan qaydalar tətbiq edillir. Əgər vəzifəli şəxslər tərəfindən vəzifələrindən istifadə etməklə cinayət xarakterli seçki pozuntularına yol verilibsə, onda 7 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözlənilir”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası seçkilərin nəticəsi ləğv edilən dairələr və pozuntulara yol verən məntəqələrlə bağlı hansı tədbirlər görəcəyini açıqlayıb. MSK yekun protokol Konstitusiya Məhkəməsinə göndərilməzdən əvvəl müzakirələr aparacağını və pozuntulara yol verənlərin hər biri haqqında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tədbirlər görüləcəyini qeyd edib.

Bənzər yazılar

Back to top button