Siyasət

Boraltanda 146 azərbaycanlını qətlə yetirdilər – Ərdoğan

Təəssüf ki, Azərbaycanda helikopterin qəzaya uğraması nəticəsində 14 azərbaycanlı qardaşımız şəhid olub, 2 nəfər yaralanıb. Mən də qardaşımız İlham Əliyevə başsağlığı verdim.

AzToday.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin televiziya kanallarına müsahibəsində deyib. Cümhuriyyət Xalq Partiyasını ittiham edən Ərdoğan SSRİ dövründə imperiya əsarətindən qaçan azərbaycanlıların həmin vaxt iqtidarda olan CHP rəsmiləri tərəfindən yenidən SSRİ-yə geri qaytarıldığını qeyd edib: “146 azərbaycanlı qardaşımız SSRİ-nin zülmündən qaçaraq Türkiyəyə sığınmışdı. Təəssüf ki, CHP rəhbərliyi onları Stalin əsgərlərinin ixtiyarına verdi. Azərbaycanlı qardaşlarımız Boraltan körpüsündən keçərkən qətlə yetirildilər. Türk əsgərlərinə “bizi onlara verməyin, öldürün”, – deyiblər. CHP budur”.

Bənzər yazılar

Back to top button