İdman

Navas “Real”dan gedir

“Real”ın qapıçısı Keylor Navas bu mövsümün sonra Madrid klubunu tərk edəcək.

Qol.az-ın xəbərinə görə, bu barədə ispan jurnalist Jozep Pedrerol “Jugones” proqramında deyib: “Navas növbəti mövsüm “Real” üçün oynamayacaq. Kurtua komandanın əsas qapıçısı olacaq”.

Qeyd edək ki, J.Pedrerol ötən il ilk olaraq Zinəddin Zidan və Kriştiano Ronaldonun Madrid təmsilçisindən ayrılacağını açıqlamışdı.

Bənzər yazılar

Back to top button