İdman

“Biz meymunuq və bu turnirə heç kim hörmət qoymur”

“Mançester Yunayted”in və Fransa millisinin sabiq müdafiəçisi Patris Evra “France Football” jurnalını 2021-ci ilin ən yaxşı qapıçısı üçün təsis edilən mükafatı “Çelsi”nin qolkiperi Eduard Mendiyə deyil, PSJ-nin “çərçivə” qoruyucusu Canluici Donnarummaya verdiyi üçün tənqid edib.

Fanat.az-ın məlumatına görə, Evra “Instagram”da belə yazıb:

“Eduard Mendi ? Əlbəttə ki, o, Afrika Kubokunda oynayır… Biz meymunuq və bu turnirə heç kim hörmət qoymur.

İstənilən halda, bu turnir yeganə turnirdir ki, oyunçular orada oynamaq üçün klublarının düşərgələrini üç həftəlik tərk etməli olurlar. Afrikanın manevr imkanları həmişə azdır. Amma hər şey dəyişəcək”.

Bənzər yazılar

Back to top button