Hadisə

İcra başçısı qazıntı aparılan yerə getdi – Ərazidə xəzinə olduğu deyilir

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində yerləşən Qalaboynu çoxtəbəqəli yaşayış yerində arxeoloji qazıntılar aparılan əraziyə səfər edib.

Qlobal.az-ın əldə etdiyi məlumatda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ötən ildən arxeoloji qazıntılara başladığı ərazidə böyük xəzinə olduğu iddia edilir.

Qeyd edək ki, 2016-cı ildə Goranboy rayonunun Osmantəpə deyilən ərazisində də böyük xəzinə aşkarlandığı barədə mediada xəbərlər yayılmışdı.

Həmin xəbərdə yerli ziyalılar 500 ilə yaxın yaşı olan Osmantəpənin dağıdılmasına etiraz edirdilər.

O zaman Osmantəpədəki qazıntı işlərini Goranboy Yol İstismarı İdarəsinin rəis müavini Misir Ələkbərovun apardığı deyilirdi.

Misir Ələkbərovun qardaşı Qulam Ələkbərov sabiq Nəqliyyat naziri Ziya Məmmədovun adamı kimi tanınır. Onların çoxsaylı şərikli bizneslərinin olduğu bildirilir.

Qeyd edək ki, Qulam Ələkbərovun kürəkəni Anar Məmmədov Naftalan rayonundan Milli Məclisə deputat seçilib.

Bənzər yazılar

Back to top button