Dünya

Baydenin Demokratiya Sammiti bütün dünyada demokratiyanın yenilənməsinə yönəlib

9-10 noyabr tarixlərində ABŞ prezidenti Co Bayden “demokratik yenilənmə gündəliyini şərh etmək və demokratik ölkələrin qarşılaşdıqları ciddi təhdidlərə qarşı birgə mübarizə aparmaq” üçün ölkə və hökumət başçılarının, vətəndaş cəmiyyəti və özəl sektorun iştirakı ilə virtual Demokratiya Sammiti keçirəcək, bu barədə Administrasiya nümayəndəsi bildirib.

Sammitdə prezident Bayden və ABŞ-ın digər yüksək vəzifəli rəsmiləri çıxış edəcəklər, dövlət və hökumət başçılarının, habelə vətəndaş cəmiyyəti və QHT nümayəndələrinin iştirakı ilə keçiriləcək plenar iclaslarda tematik müzakirələr aparılacaq, deyə Administrasiya rəsmiləri Turan-ın müxbirinə bildiriblər.

“Bu tədbirin liderlərə cari problemlərin və imkanların müzakirəsi üçün platforma yaradacağını və yeni öhdəliklərin, islahat və təşəbbüslərin elan edilməsi üçün əsas olacağını gözləyirik”, deyə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi qeyd edib.

Sammitin böyük hissəsi mətbuat və ictimaiyyət üçün açıq olacaq və internetdə sammitin https://www.state.gov/summit-for-demo veb-saytı vasitəsilə yayımlanacaq.

Sammitin əsas istiqamətləri “demokratiyanın möhkəmləndirilməsi və avtoritarizmdən müdafiə, korrupsiyaya qarşı mübarizə və insan hüquqlarına hörmətin təşviqi məsələləri” olacaq, deyə Dövlət Departamentinin məlumatında bildirilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button