Hadisə

Azyaşlıların nikahı: proses hüquq-mühafizə orqanlarının diqqətindədir

Gürcüstanda 11 yaşlı qızı 15 yaşlı oğlanla nişanlayan valideynlərə cinayət işi açılıb.

AzToday.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Sədr prosesin hüquq-mühafizə orqanlarının diqqətində olduğunu vurğulayıb:

“QHT rəhbərlərindən olan Tamar Masiaşvili bu hadisə ilə bağlı açıqlama verib. Bundan əlavə Gürcüstan hüquq-mühafizə orqanları da məsələyə qarışıb. Məcburi nikah maddəsi ilə valideynlərinə cinayət işi açıllb və valideynlərinin ifadə verməsi, dindirilməsi üçün müvafiq quruma çağırılıblar”.

Qeyd edək ki, sosial şəbəkədə Gürcüstanın Poniçala (Soğanlı) kəndində yaşayan azərbaycanlı ailəsinin 2 azyaşlı övladının nişanlanması barədə xəbər yayılıb. Məlumata görə, nişanlananlar 15 yaşlı dayıoğluyla 11 yaşlı bibiqızıdır.

Bənzər yazılar

Back to top button