Digər

Elmar Məmmədyarov uzun müddət sonra ilk dəfə göründü – FOTO

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Yeniavaz.com xəbər verir ki, iclasda sabiq xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.

Uzun zamandır mediada görünməyən keçmiş nazirin fotosu sosial şəbəkələrdə də gündəmə çevrilib.

Qeyd edək ki, o AFFA İcraiyyə Komitəsinin 13 üzvündən biridir və federasiyada Ümumazərbaycan Futbolsevərləri İctimai Birliyini təmsil edir.

Xatırladaq ki, 16 il Azərbaycanın xarici işlər naziri olmuş Elmar Məmmədyarov ötən ilin iyulun 16-da ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə işdən azad edilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button