İdman

Qallaher “Çelsi”ni digər İngiltərə nəhənginə dəyişə bilər – SON DURUM

“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaher kareyrasını digər İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.az xəbər verir ki, məlumatı “TEAMtalk” yayıb.

Xəbərə görə, “Tottenhem” və “Vest Hem”in istədiyi futbolçu uğrunda mübarizəyə “Mançester Yunayted” də qoşulub. Mənbə MY-nin yaxın günlərdə 23 yaşlı futbolçunun agentləri ilə danışıqlara başlayacağını diqqətə çatdırıb.

Qallaher “Çelsi”nin yetirməsidir. Cari mövsüm “zadəganlar”ın forması ilə bütün turnirlərdə 19 oyuna çıxan orta xətt oyunçusu 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button