CəmiyyətGündəm

“Regionlarda kütləvi yoxsullaşma baş verir, 400 manatdan yuxarı maaş yoxdur”

“Regionlarda kütləvi yoxsullaşma baş verir, mütləq bunun qarşısını almalıyıq”.

Bunu deputat Əli Məsimli Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Bu gün kim 400 manatdan yuxarı maaş alır? Şəhərdə yaşayanlar. Rayonlarda sakinlər 400 manatdan aşağı maaş alır. Bu isə kütləvi yoxsulluq deməkdir”.

İşsiz statusu da dəqiq müəyyənləşməlidir. Qanunla müəyyən olunmalıdır ki, işsiz kim hesab olunur. Necə olur ki, pandemiya zamanı 600 min insana işsizlik müavinəti verildi, amma rəsmi işsizlərin sayı 300 min civarındadır. Bu məsələləri nazirlik aydınlaşdırmalıdır. İşsizlik kütləvi hal almasın deyə rayonlara investisiyalar qoyulmaldır, yoxsa rayonlarda olacaq faciələrdən qaça bilməyəcəyik”.

Bənzər yazılar

Back to top button