İqtisadiyyat

BNA: Nəqliyyat vasitələrinin azalması ekoloji durumu yaxşılaşdırıb

“Karantin günlərində hərəkətdə məhdudiyyətlərin tətbiqi havadakı zərərli qaz və tullantıların həcminin azalmasına səbəb olub”.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında bildirilib.

“Paytaxtın bəzi küçə və prospektlərindəki svetoforlarda quraşdırılan hava keyfiyyəti sensorlarının qeydə aldığı nəticələrə görə, Yeni İl tətili günlərində Bakı şəhərinin havasında karbon monoksidin həcmi 40% azalıbsa, karantin rejimində bu azalma 60% təşkil edib. Metan qazının yeni ildə 30% olan həcmi, karantin rejimində 45%-ə qədər azalıb. Oxşar tendensiya kükürd oksidinin həcmində də qeydə alınıb. Yeni ildə 70% , karantin rejimində isə 90% təşkil edib”, – deyə, BNA-nın məlumatında qeyd olunub.

Bənzər yazılar

Back to top button