Siyasət

Türkmənistan-Azərbaycan-Türkiyə üçtərəfli sammitinə hazırlıq gedir

Aşqabad Türkmənistan, Azərbaycan və Türkiyə liderlərinin üçtərəfli sammitini qəbul etməyə hazırdır.

Bu barədə noyabrın 18-də Türkmənistan Parlamentinin Yuxarı Palatasının sədri Qurbanqulı Berdıməhəmmədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşündə bildirib, xəbəri Türkmənistan KİV-ləri yayıb.

Berdıməhəmmədov qeyd edib ki, üçtərəfli sammitə hazırlıq çərçivəsində xarici işlər, nəqliyyat və energetika nazirləri formatında görüşlər keçirilir, habelə “yuxarılarda” görüşlər zamanı imzalana biləcək sənədlər üzərində iş gedir.

O, həmçinin sammitə hazırlığın yekunlaşdırılması məqsədilə üç ölkənin XİN başçılarının görüşünü təşkil etməyi təklif edib.

Bənzər yazılar

Back to top button